YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərini Britaniyanın foto agentliyi ətraflı işıqlandırıb

Böyük Britaniyada fəaliyyət göstərən “Getty images” foto agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına dövlət səfərini fotolarla ətraflı işıqlandırıb.
Agentliyin rəsmi saytında Prezident İlham Əliyevin qarşılanma mərasimini, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşünü, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını, dövlət başçılarının mətbuata bəyanatlarını, sənədlərin imzalanması mərasimini və.s əks etdirən 56 foto yerləşdirilib.