YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

Mayın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir. 

Tədbirdə Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, Həştərxan vilayətinin rəhbərliyi, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Həştərxan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər.

Daha sonra Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə davam edən mərasimdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışılmışdır.