YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ermənistan işğalçılıq mahiyyətini növbəti dəfə sübut etdi

Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova

10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq  Azərbaycanın mülki əhalisini atəşə tutması, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməsi düşmənin faşizm xislətini və cinayətkar mahiyətini bir daha ortaya qoyur.

       Düşmənin silahlı qüvvələri bu gün gecə radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binalarına raket hücumu təşkil edib, 9 mülki vətəndaş həlak olub, 34 nəfər xəsarət alıb. Həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Qəhrəman Gəncə sakinləri ruhdan düşmür, Ali Baş Komandana, dövlətimizə, ordumuza inanır. Bu gün xalqımız hər bir mənada sınaq qarşısındadır, hər birimiz  düşmənin məqsədini yaxşı anlayırıq. Lakin bir həqiqəti də bilirik ki, bizim qələbə əhval-ruhiyyəmizi qıra bilməyəcəklər.

      Biz növbəti dəfə erməni terror aktı ilə üzləşdik. Nə üçün dünya ölkələri, həmsədr ölkələri susur? Münasibət göstərmirlər? Nə üçün bu mənfur, cinayətkar erməni rəhbərliyinə yerini göstərmirlər? Gəncədə erməni terrorunun qurbanı olan bu dinc insanların, uşaq və qadınların, yaşlıların   günahı nədir?

      İşğalçı Ermənistan bu cinayət əməlləri ilə bir daha təsdiq etdi ki,onun üçün heç bir beynəlxalq hüququn norma və prinsipləri əsas deyil və əməl etmək niyyəti də yoxdur.

        Biz bunu  bilirik, lakin bütün dünya ictimaiyyəti bir daha əyani şəkildə görsün ki, kriminal ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki,  dövlət siyasətinin əsas mahiyyətini terrorizm təşkil edən  Ermənistan region üçün böyük təhlükədir.

       Danışıqalar və atəşkəs üçün  yalvaran Ermənistan  yenə də silahı dinc əhaliyə, müki və  strateji obyektlərə istiqamətləndirib. Əlbəttə ki, Azərbaycan düşmənin bu təcavüzkar əməllərini cavabsız qoymayacaq,  onun bu  insanlığa yaraşmayan  hərəkətləri  onun üçün ağır nəticələrə gətirib çıxaracaq.