YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır

Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır, Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycanın şəhərlərini atəşə tutur. Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan enerji infrastrukturlarını da hədəfə alır və bu da təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də təhlükə yaradır.

 

DİGƏR Xəbərlər Arxiv