YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Azərbaycan Ordusu BMT-nin icra edilməmiş 4 qətnaməsini özü icra edir

“Bu gün Milli Ordumuz işğal altında olan rayonlarımızdan erməni terrorçuları təmizləməklə məşğuldur”. Bu fikirləri  Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.

C.Osmanov bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərə döyüş bölgələrindən uzaq olmaları üçün müraciət edir: “Amma erməni tərəfi döyüş bölgəsindən xeyli uzaqda yerləşən bölgələrimizə atəş açırlar. Bu gün erməni terrorunu dəstəkləyənlər eyni zamanda beynəlxalq terroru da dəstəkləyir. Əminəm ki, tez zamanda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və bütün yerlərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanacaq. Azərbaycan Ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini özü icra edir”.