YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: İndi Azərbaycana etiraz edən və bəyanatlar verən beynəlxalq təşkilatlar 30 il idi ki, susurdular

“İndi Azərbaycana etiraz edən və bəyanatlar verən beynəlxalq təşkilatlar 30 il idi ki, susurdular. Halbuki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi məhz bu bəyanatları verən beynəlxalq təşkilatların birbaşa işi idi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov bildirib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çəkilməsi danışıqlar prosesinin əsas şərtlərindən biridir.

Milli Məclisin komitə sədri qeyd edib ki, bəzi dövlət başçıları elə münasibət göstərirlər ki, onlar sanki öz bəyanatları ilə sülh deyil, vəziyyətin daha da gərginləşdirilməsini istəyir. Söhbət Fransa prezidenti Emmanuel Makronun bəyanatından gedir. Makron deyir ki, Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik. Bu, nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olunması bizim haqqımızdır. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir. ATƏT-in həmsədri olan bir ölkənin prezidenti kimi Makron, heç olmasa, neytrallığı qoruyub saxlamalı idi.

Səməd Seyidov vurğulayıb ki, Qarabağ Azərbaycan torpağıdır, bu torpaqların işğaldan azad edilməsi Azərbaycanın haqqıdır və beynəlxalq hüquqa tamamilə uyğundur.

 

DİGƏR Xəbərlər Arxiv