YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunmuşdur

Parisin “Adyar” konsert salonunda ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova Heydər Əliyevin Azərbaycanın ən çətin və ağır dövründə-ölkədə siyasi xaosun baş verdiyi, iqtisadi və sosial böhranın dərinləşdiyi, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibə apardığı vaxtlarda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığını xatırlatmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı siyasətin nəticəsində Azərbaycan vətəndaş müharibəsindən xilas olmuş, müstəqilliyi möhkəmlənmiş və ölkə inkişaf istiqamətinə qədəm qoymuşdur.

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkədə bərqərar etdiyi siyasi sabitliyin nəticəsində xarici investorlar Azərbaycanın neft sektoruna sərmayə qoymağa razılaşmış 1994-cü il sentyabrında tarixə “Əsrin müqaviləsinin” sdı ilə düşmüş neft kontraktları imzalanmışdır. Məhz Heydər Əliyevin təşşəbbüsü ilə Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tblisi-Ərzurum qaz kəmərləri layihələri həyata keçirilmişdir.

N. Hüseynova qeyd etmişdir ki, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olması, BMT, NATO və ATƏT kimi nüfüzlü beynəlxlaq təşkilatlarla əməkdaşlıq etməsi ümümmilli lider Heydər Əliyevin xarici siyasətinin əsasını təşkil etmiş və məhz bunun sayəsində ölkəmiz Avropa təsisatlarına inteqrasiyası istiqamətində siyasət aparır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat demişdir ki, məhz Heydər Əliyevin diplomatik addımlarının nəticəsində 1994-cü ilin mayında atəşkəs barədə razılıq əldə edilmiş, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərə, ərazi bütövlüyünə əsaslanmaqla sülh yolu ilə həllinə çalışmışdır.

Bu gün Azərbaycanın güclü iqtisadiyata malik sabit ölkə olmasından bəhs edən müşavir bütün bunların Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində əldə edildiyini və Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini qeyd etmişdir.

Sonda tədbir iştirakçılarına Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunmuşdur. Konsertdə fransız musiqisevərlərinə artıq yaxşı tanış olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq Artisti, beynəlxalq musabiqələr laureatı Murad Hüseynov pianoda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa etmişdir.