YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan xalqı Ali Baş Komandanla və Milli Ordumuzla güclü həmrəylik nümayiş etdirir

“Təcavüzkar Ermənistanın işğalçı ordusu növbəti dəfə Azərbaycan ərazilərini, yaşayış məntəqələrini və dinc əhalini ağır artillery ilə atəşə tutub. Milli Ordumuz, qəhrəman hərbçilərimiz  təcavüzkar Ermənistanın alçaq hücumunun qarşısını layiqincə alır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, ordumuzun gücü mənfur düşməni qorxudan lərzəyə salıb. Onun sözlərinə görə, Azərbaycan xalqı Ali Baş Komandanla və Milli Ordumuzla güclü həmrəylik nümayiş etdirir.

“Azərbaycan xalqı Ali Baş Komandana və Milli Ordumuza inanır, güvənir. Döyüşlər göstərir ki, Ali Baş Komandanımızın bilavasitə rəhbərliyi ilə hökumət vəziyyətə ciddi nəzarət edir. Bütün xalqımız, cəmiyyətimiz bu məsələdə həmrəylik nümayiş etdirməli, cənab Prezidentin ətrafında sıx birləşməlidir. Hər bir vətəndaş yaşadığı regiondan, tutduğu mövqədən, sosial durumundan asılı olmayaraq həmrəylik göstərib vahid mövqedən çıxış etməlidir. Lazım olarsa hər birimiz gedib cəbhədə vuruşub canımızı qurban verməyə hazırıq. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd edildiyi kimi, bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik”-deyə, millət vəkili vurğulayıb. 

 

DİGƏR Xəbərlər Arxiv