YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Türkiyə-Azərbaycan qardaşlığı işğalçı Ermənistanı təşvişə salıb

“Ermənistanın indiki siyasi hakimiyyəti xarici qüvvələrin hesabına özünü qoruyub saxlayır. Paşinyan rejimi dünyada erməniləri məzlum, yazıq xalq imici düzəltməklə, ianə, qrant, pul dilənməklə mövcudluğunu davam etdirir.” Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

 Aydın Hüseynovun sözlərinə görə, bu gün Ermənistanda söz sahibi xarici qüvvələrdir. “Sorosun maddi maraqları üzərində hakimiyyətdə əyləşən Paşinyan faktiki olaraq müstəqil siyasət yürüdə bilməz və xarici ağalarının əmrləri ilə hərəkət edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Ona görə də, erməni cəmiyyəti də bu yarıtmaz siyasətin iflasa uğrayacağını dərk edir. “Son bir ayda bir neçə dəfə İrəvanın küçələrində  erməni xalqının Paşinyana qarşı küçə yürüşləri keçirərək müharibə istəmədiklərini müşahidə etmişik. Erməni anaları öz övladlarını günahsız yerə ölümə göndərmək istəmiklərini, başqa bir dövlətin torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər. Bu, ermənilərin həm qorxaqlığını, həm də işğal etdikləri başqa dövlətin torpağı uğrunda ölmək istəmiklərini təsdiqləyən acı həqiqətdir. Artıq Ermənistan cəmiyyəti də hər şeyi olduğu kimi qiymətləndirməyə, Paşinyanın yarıtmaz siyasətinin erməni xalqını məhvə apardığını etiraf etməyə başlayıbdır “.
Aydın Hüseynov vurğulayıb ki, Ermənistan terrorçu simasını mülki vətəndaşları qətlə yetirməklə, zəngin mədəniyyət abidələrini və islam sivilizasiyasının nümunələrini darmadağın etməklə biruzə verir. “Azərbaycan islam ölkəsidir və hər zaman islam həmrəyliyinə töhfə verir. Respublikamız həmişə müsəlman ölkələrinə kömək edir, beynəlxalq təşkilatlarda onların maraqlarını müdafiə edib, İslam həmrəyliyinə böyük yer ayırıb. Prezidentimizin də vurğuladığı kimi islam dəyərlərinə hörmət etməyən, məscidləri dağıdan, vandalizm siyasəti yürüdən Ermənistanın bu hərəkətləri müsəlman ölkələri üçün də təhqirdir. Ona görə də hər bir müsəlman ölkəsi erməni terrorizminin bu amansızlığına biganə qalmamlıdır”.
A.Hüseynov bildirib ki, Ermənistan avqust ayında Azərbaycan və Türkiyənin keçirdiyi möhtəşəm hərbi təlimlərdən qorxuya düşərək sarsaq bəyanatlar verir Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının güclənməsindən daha çox təşvişə düşüblər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Azərbaycan  öz güclü hərbi ordusu ilə bu ərazidə anti-terror əməliyyatı həyata keşirməklə böyük bir üstünlük əldə etmək imkanına malikdir. Ona görə də ermənilər bundan bərk qorxuya düşüblər, onlar psixoloji stress keçirirlər”.
Millət vəkilinin sözlərinə görə, bu gün Türkiyə və Azərbaycan enerji və digər iqtisadi-nəqliyyat layihələrinin müəllifi kimi regionun sahibi hesab edilir. Hər iki qardaş ölkə regionda siyasi-hərbi vəziyyətin nizamlanmasında da birgə qətiyyətli addımlar atır. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir, bütün dövlətlərə örnəkdir, işğalşılara və terrorçulara göz dağıdır. Ona görə də, iki qardaş ölkə hər zaman həmrəylik, dəstək nümayiş etdirib və etdiməkdədir. Eyni zamanda, Azərbaycan da Türkiyənin haqq səsinə səs verir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi  Azərbaycan həmişə Türkiyənin yanındadır və bütün məsələlərdə qardaş ölkənin möqeyini dəstəkləyir.
Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.