YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib

«Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası respublikamızın yerləşdiyi coğrafı məkanda ölkəmizin böyük nüfuz sahibinə və aparıcı lider dövlətə çevrilməsi ilə nəticələnib». Bu fikri energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki, Azərbaycan öz enerji təhlükəsizliyinin təmin olunmasına və enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsinə nail olub. Onun sözlərinə görə, ölkəmiz uzun müddətdir ki, öz karbohidrogen resurslarının dörd qaz və üç  neft ixrac boru kəmərləri vasitəsilə qonşu ölkələrə və beynəlxalq bazarlara nəqlini həyata keçirir.

«Artıq  Avropaya inteqrasiya məqsədilə ölkəmizdə hasil olunan enerji məhsullarının Avropa ölkələrinə də nəql edilməsi istiqamətində müvafiq layihələr həyata keçirilir. Prezident İlham Əliyevin səyləri nəticəsində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Hazırda Avropanın enerji təhlükəsizliyinə öz tövhəsini vermək üçün  Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan  Cənub Qaz Dəhlizi çərçivəsində  “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və  Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə mühüm işlər görülür»- deyə, nazir vurğulayıb.