YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Belə bir dinamik inkişafın ən başlıca səbəbi odur ki, Azərbaycan müstəqil, milli maraqlara cavab verən siyasət həyata keçirir

«Azərbaycanın inkişafı davamlı xarakter daşıyır». Bu fikri Milli Məclisin İqtisadi siyast komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, indiyədək reallaşdırılan, eləcə də, bundan sonrakı dövr üçün nəzərdə tutulan əzəmətli layihələr Azərbaycanı dünyaya yeni formada təqdim etməyə imkan yaradıb. Onun sözlərinə görə, bütün müsbət dəyişikliklər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyatiliyini bir daha sübut edir.

«Prezident İlham Əliyev ölkəmizin dinamik inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini də xeyli dərəcədə gücləndirməyə müvəffəq olub. Son 11 ildə Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər ərzində nail ola bilməyiblər. Belə bir dinamik inkişafın ən başlıca səbəbi odur ki, Azərbaycan müstəqil, milli maraqlara cavab verən siyasət həyata keçirir»- deyə, komitə sədri vurğulayıb.