YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avro ABŞ dollarına nisbətdə 2005-ci il minimumuna qədər ucuzlaşıb

Bloomberg agentliyinin məlumatına əsasən yanvarın 8-də ABŞ dollarına nisbətdə avronun məzənnəsi 2005-ci ilin dekabr ayından bəri ən aşağı həddə düşüb. Hazırda avro 1,1763 dollara satılır.
Vestifinance.ru saytı xəbər verir ki, dolların məzənnəsi avro qarşısında ardıcıl olaraq beşinci sessiyadır qalxır. Federal ehtiyatlar sisteminin yanvarın 7-də dərc olunan dekabr müşavirəsinin protokoluna əsasən, ABŞ-dakı aşağı inflyasiya Mərkəzi Bankının rəhbərliyinə faiz dərəcələrini qaldırmaqda mane olmayacaq, lakin bu, aprel ayından tez baş verməyəcək.
“Mizuho Bank”ın sığorta fondları ilə iş bölməsinin rəhbəri Nil Consun fikrincə, yaxın üç ayda avronun məzənnəsi 1,10 dollara qədər enə bilər.