YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il ARDNŞ tərəfindən dövlət büdcəsinə 1,8 milyard manatdan çox vəsait ödənilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2014-cü ilin dekabrında dövlət büdcəsinə 148 milyon 309 min manat vəsait ödənilib.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, bu rəqəm 2013-cü ilin dekabr ayı ilə müqayisədə 61 milyon 284 min manat və ya 170,4 faiz çoxdur. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında ARDNŞ büdcəyə 1 milyard 855 milyon 230 min manat vəsait ödəyib ki, bu göstərici də 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 280 milyon 793 min manat və ya 117,8 faiz çox olub.
Bundan əlavə, ötən ilin dekabrında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 706 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 141 milyon 240 min manat təşkil edib.

DİGƏR Xəbərlər Arxiv