YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çində iki çayın kəsişməsində hündürlüyü 100 metr olan bina layihəsi hazırlanır

Çində iki çayın kəsişməsində hündürlüyü 100 metr olan unikal bina (qüllə) ucalacaq.
Layihə üzərində “RMJM” arxitektura şirkətinin memarları çalışırlar.
Orijinal görünüşlü binanın aşağı hissəsində restoran, kafe və 2 kiçik mağaza nəzərdə tutulur. Qüllənin ortasında müxtəlif təyinatlı ictimai yerlər, istirahət zonaları və konferensiya zalı yerləşəcək.
Binanın ən yüksək nöqtəsi isə ətrafı seyr edənlər üçündür.
Bundan əlavə, bina gecələr divarlara quraşdırılmış işıq diodları vasitəsilə effektiv işıqlandırılacaq.