YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir

Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransada yanvarın 7-də törədilmiş terror aktı ilə bağlı deyib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilməz.
“Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik,”- deyə mətbuat xidmətinin rəhbəri bildirib.