YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti fransalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Parisdə törədilmiş terror aktı ilə əlaqədar Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.
Məktubda deyilir: “Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı.
Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik”.
Dövlətimizin başçısı baş vermiş faciə ilə əlaqədar Fransa Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.