YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: ÜDM-də qeyri-neft sektorunun payı 59 faizə çatıb

«Ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub». Bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 % təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59%-ə çatıb. Onun sözlərinə görə, iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir.

«İqtisadiyyatın şaxələndirilməsinin ən mühüm istiqamətlərindən biri  aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən kompleks tədbirlərdir. Son on ildə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər  yeni sənaye sahələri yaradılmişdır. Eyni zamanda, metallurgiya sahəsində ilk dəfə son məhsulun istehsalına qədərbütün texnoloji mərhələləri əhatə edəcək “Azərbaycan Polad İstehsalı Kompleksi”nin yaradılması sənayedə klasterlərin formalaşmasına əsaslanan yeni inkişaf mərhələsindən xəbər verir. Ümumilikdə, görülmüş irimiqyaslı işlərin nəticəsində, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlamış, bir sıra sənaye məhsulları ilə özünütəminat səviyyəsi yüksəlmiş, qeyri-neft sənayesi 2.2 dəfə artmış, sənayenin ÜDM-də xüsusi çəkisi 48%-ə çatmışdır»- deyə, nazir vurğulayıb.