YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yəməndə partlayış: 30 nəfər həlak olub, 40 nəfər yaralanıb

Yəmənin paytaxtında törədilmiş partlayış nəticəsində 30 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.
Səna şəhərində polis kollecinin binası yaxınlığında içərisi partlayıcı ilə dolu avtomobil partladılıb. Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, onun səsi şəhərin digər rayonlarında da eşidilib.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməsə də, yerli hökumət bu işdə “Əl-Qaidə” qruplaşmasının əli olduğundan şübhələnir.