YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında gənclərlə onlayn görüş keçirilib

Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası gənclərin fəallığını təmin etmək, onlara öz bilik və bacarıqlarını üzə çıxarmaq üçün bütün imkanları yaradır.

Bunu YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən videokonfransda təşkilatın sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Gənc partiya fəallarının iştirak etdiyi videokonfransda millət vəkili Naqif Həmzəyev cəmiyyətimizdə gənclərin fəallığının yüksək səviyyədə olmasından, onların milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşdiklərindən, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatların Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaratdığından danışıb.

Naqif Həmzəyev qeyd edib ki, hər addımında dövlətin, xalqın maraqlarını üstün tutan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının fəalları, xüsusi ilə də gəncləri dünyanı lərzəyə salan karonavirus təhlükəsinə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdə ön sıralarda addımladılar.

Videokonfransda çıxış edən gənclər də əminliklə qeyd ediblər ki, bundan sonra da vətəndaşlarının sağlamlığı və rifahı üçün maarifləndirmə tədbirlərində fəallıq göstərəcəklər. “Ölkə Prezidentinin “Biz birlikdə güclüyük ” şüarını rəhbər tutaraq, cəmiyyətimizin, dövətimizin gələcəyi naminə əl-ələ verərək, vətəndaşlıq vəzifəmizi layiqincə yerinə yetirməliyik”- deyə gənclər həmyaşıdlarını karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etməyə çağırıblar.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.