YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Azərbaycan dünya bazarlarına 993 min tona yaxın dizel yanacağı ixrac edib

2014-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən dünya bazarına 99 ton avtomobil benzini, 106 min 205 ton dizel yanacağı, 20 min 618 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac olunub.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə,  ötən ilin yanvar-dekabr aylarında Azərbaycan 9 min 432 ton avtomobil benzini, 992 min 725 ton dizel yanacağı, 196 min 729 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edib. Dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (bir ton üçün) 563,85 dollar, təyyarə yanacağının qiyməti 608,02 dollar, dizel yanacağının qiyməti 555,23 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 323,98 dollar təşkil edib.