YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın daxili və xarici siyasəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir

«Dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq imzalanan və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən əfv sərəncamları beynəlxalq səviyyədə də təqdir olunur». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu addım eyni zamanda, Azərbaycanın müsbət beynəlxalq imicinə dəyərli töhfələr verir. Onun sözlərinə görə, Azərbaycanda insan və vətəndaş hüquqları ən yüksək səviyyədə təmin olunub.

«Təsadüfi deyil ki, demokratik ənənələrin təşəkkül tapdığı, insan hüquqlarının yüksək səviyyədə qorunduğu Azərbaycanın daxili və xarici siyasəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Məhz reallaşdırılan humanizm siyasəti də bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən ilin dekabr ayının 29-da Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması növbəti humanizm nümunəsi kimi çıxış edir» - deyə, komitə sədrinin müavini vurğulayıb.