YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir

«Müstəqil Azərbaycan dövləti ildən ilə daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əlyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F.Heydərov bildirib ki, bu gün yaşadığımız müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Onun sözlərinə görə, Heydər Əliyev azərbaycançılıq ideologiyasının müəllifidir.

«Ulu öndər  Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də gördüyü işləri, açdığı yolu məhz etibarlı əllərə tapşırması idi. Bu gün Azərbaycana Heydər Əliyevin ailəsində dünyaya gəlib Onun tərbiyəsini alan, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab İlham Əliyev rəhbərlik edir. Hələ 2003-cü ildə «İlham Əliyevə özüm qədər inanıram» deyən Ulu öndərimiz xalqımıza cənab İlham Əliyevin arxasınca getməyi tövsiyə etdi. Xalqımız da artıq 11-ci ildir ki, bu tövsiyəyə sadiqlik nümayiş etdirir və öz mövqeyində yanılmadığını göstərir. Məhz bunun nəticəsidir ki, 11-ci  ildir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir»- deyə, F.Heydərov vurğulayıb.