YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz Bayramov: Dünya birliyinin etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verdi

“Ötən ilin sonlarından yayılmağa başlayan COVID-19 infeksiyası bəşəriyyəti yeni çağırışlarla üz-üzə qoydu. Bu mənada koronavirusun yayılmasının qarşısının alınması, iqtisadi geriləmənin aradan qaldırılması, insanların sağlamlığı və təhlükəsizliyi kimi məsələlər indi bütün sivil ölkələri düşündürən qlobal problemlərdəndir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib.

G.Bayramov bildirib ki, hal-hazırda yaşadığımız bu çətin günlərdə dövlətimiz hər bir vətəndaşına böyük qayğı və himayə göstərir. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Prezident İlham Əliyev respublikanın yüksəlişinə xidmət edən siyasətini böyük qətiyyətlə, müdrikliklə və uzaqgörənliklə həyata keçirir. Yüksək texnoloji inkişafa, geniş maliyyə imkanlarına və dinamik iqtisadi sistemə malik olan aparıcı ölkələrin aciz vəziyyətdə qaldıqları şəraitdə Azərbaycan dövlətinin istər xalqın sağlamlığının və təhlükəsizliyinin qorunması, istərsə də milli iqtisadiyyata xarici mənfi təsirlərin minimuma endirilməsi və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar ölkəmizin milli gücünü və həyata keçirilən məqsədyönlü siyasətin səmərəliliyini göstərir. Ümumiyyətlə, dünyanı cənginə almış yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həm tibbi, həm də sosial-iqtisadi müstəvidə reallaşdırılan təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiqləyir.

“Dünya birliyinin etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verdi. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırdı. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə qiymətləndirilir. COVID-19-un qlobal problem olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün dünyanın 130-dan çox dövləti dəstəklədi. Əlbəttə ki, bu hadisə ölkəmiz üçün çox qürurverici bir haldır”-deyə, təşkilat sədri vurğulayıb.