YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Bu, tarixi bir düzəlişdir

Tovuz rayonu istiqmətindəki proseslər Azərbaycan xalqının əzmini bir daha göstərdi. Evi dağılan, heç bir əşyası ələ gəlməyən insanlar kəndlərini tərk etmir, öz həyətlərində gecələyirlər. Bu da onu göstərir ki, biz bir qarış da olsa torpağımızı işğal altında qoymayacağıq, düşmənə verməyəcəyik. Azərbaycan artıq güclü bir dövlətdir və istənilən zaman hərbi güc tətbiq edib torpaqlarını işğaldan azad edə bilər.

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Azərbaycan öz dövlət sərhədini qorudu, təxribatın qarşısı qətiyyətlə alındı, düşmənə adekvat cavab verildi, Ordumuzun gücü, qüdrəti dünyaya nümayiş etdirildi. Son günlərdə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hadisələr Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nələrə qadir olduğunun nümayişi ilə yanaşı milli birliyin, həmrəyliyin nümayişi oldu.

Bu günlərdə ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəlişin edilməsinə toxunan Naqif Həmzəyev bildirib ki, bu düzəliş tarixi bir düzəlişdir Çünki burada qeyd olunur ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir. Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın qanunsuz işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir. Bununlada bütün dünya dövlətləri və ictimaiyyəti Ermənistan tərəfindən ardıcıl olaraq azərbaycanlılara və ərazimizə qarşı olan işğal faktının daha bir sübutunu görmüş olacaqlar.

Millət vəkili əlavə edib ki, bu düzəlişin mətnində Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməsı tələb edilir.