YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahverdi Haxverdiyev: Bu gün düşmənə qarşı ən güclü silahımız milli birliyimiz və həmrəyliyimizdir

“Azərbaycan Ordusunun dövlətimizin sərhədlərinin toxunulmazlığı uğrunda göstərdiyi qəhramanlıq hər bir vətəndaş üçün qürurvericidir. İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı həyata keçirilən hərbi təxribatların qarşısı uğurla alınır və düşmənə layiqli cavablar verilir. Təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərimizin qanı yerdə qalmır, onların qisası ən yüksək səviyyədə alınır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası  Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib.

A.Haxverdiyev qeyd edib ki, Azərbaycan dövləti son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişafa nail olub. Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını deyən YAP Qubadlı rayon təşkilatının sədri onu da bildirib ki, bu gün düşmənə qarşı ən güclü silahımız milli birliyimiz və həmrəyliyimizdir: “Xalqımız birmənalı şəkildə Ali Baş Komandanımızın ətrafında sıx birləşib. Bütün bölgələrimizdə orduya, dövlət başçımıza dəstək aksiyaları keçirilir. Bu bir daha ölkəmizdəki xalq-hakimiyyət birliyinin təcəssümüdür. Ölkəmizdəki milli birliyə xələl gətirmək istəyən anti-Azərbaycan qüvvələr, “beşinci kolon” nümayəndələri isə hər zaman olduğu kimi iflasa məhkumdurlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Vaxtilə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsində “fəal rol oynayan” belələri bu gün ölkəmizdə xaos, çaşqınlıq yaratmaq istəyirlər. Xalqımız onların hansı xəyanətləri törətdiklərini unutmayıblar. Buna görə də, onların xalq arasında heç bir dayağı yoxdur. Bu gün yaşından asılı olmayaraq, hər bir azərbaycanlı Ali Baş Komandanımızın əmrlərini yerinə yetirməyə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə fəal iştirak etməyə hazırdır”.