YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İordaniya Krallığının “Ammon news” rəsmi dövlət saytında Milli Məclisin deputatı Elman Nəsirovun “Ermənistanın hərbi təxribatı” sərlövhəli məqaləsi çap olunmuşdur


İordaniya Krallığının “Ammon news” rəsmi dövlət saytında Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Ermənistanın hərbi təxribatı” sərlövhəli məqaləsi çap olunmuşdur.  Məqalə Ermənistanın işğalçılıq, hərbi təxribat və faşizmi təbliğ siyasətinin beynəlxalq auditoriyada ifşası baxımından xüsusi aktuallıq kəsb edir.

Millət vəkili müəllifi olduğu məqalədə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atması, onun səbəb və motivləri, habelə fəsadları ilə bağlı məsələləri İordaniya oxucularının nəzərinə çatdırmışdır. Burada qeyd olunur ki, Ermənistanın hərbi avantürasına görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Profesor Elman Nəsirov çoxmilyonluq ərəb oxucularının diqqətinə çatdırır ki, pandemiya dövründə Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi vəziyyətinin böhran həddinə çatması, ölkədə gərgin siyasi konfrantasiya mühitinin formalaşması Nikol Paşinyan hökumətini çıxılmaz vəziyyətə salıb və onun mövcud ağır daxili vəziyyətdə diktator davranışı bütün çərçivələri aşmaqdadır. Bu reallıq fonunda Azərbayacn Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada  ardıcıl olaraq Ermənistan baş nazirini “diplomatik tərksilah” etməsi onsuz da sosial bazası həndəsi silsilə ilə daralmaqda olan Nikol Paşinyan üçün qorxulu perspektivlər formalaşdırmışdır. Deməli,ilk növbədə öz hakimiyyətinin ömrünü uzatmaq üçün Paşinyan hökuməti hərbi avantüraya əl atmışdır.

Məqalədə qeyd olunur ki, bu hərbi təxribarın məhz Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verməsi də təsadüfi addım olmayıb, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır etmək kimi çirkin niyyətindən irəli gəlir, üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının  kollektiv müdafiə mexanizmləri ilə  dəstəklənməsinə nail olmaq  kimi riyakar  məqsədindən qaynaqlanır.  İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğramışdır.

Həmin hərbi təxribatın nəticəsində ordumuzun generalı da daxil olmaqla bir neçə hərbi qulluqçumuz şəhid olmuşdur.  Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.

Millət vəkili İordaniya oxucularının nəzərinə çatdırmışdır ki, Azərbaycan ordusunun əks həmləsi ilə şəhidlərimizin qisası tam alınmış, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına sarsıdıcı zərbə endirilmişdir. Qəhrəman Azərbayvcan ordusu aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək düşmənə öz yerini göstərmişdir. Ali Baş Komandanın mətin iradəsi və ordu-xalq birliyi sayəsində Azərbayacan Silahli Qüvvələri yenilməz gücünü nümayiş etdirmişdir.