YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan Ordusu artıq üç dəfə düşmən üzərində şanlı qələbə qazanıb

“Azərbaycan Ordusu artıq üç dəfə düşmən üzərində şanlı qələbə qazanıb. 2016-cı ildə aprel döyüşlərin zamanı düşmənin təxribatının qarşısını almaqla uzun illərdir düşmən nəzarətində olan Lələtəpənin ələ keçirilməsi ilə birinci, 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı keçirilib və ümumi olaraq, on bir min hektarlıq ərazinin azad olunması, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaranması ikinci, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşınının qətiyyətlə alınmas üçüncü qələbə kimi qiymətləndirilməlidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, iyulun 12-də təxribat törətmiş erməni silahlı qüvvələrinə ağır zərbə vuran Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınıb, onların qanı yerdə qalmayıb: “Düşmənin onlarla hərbçisi məhv edilib, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilib. O cümlədən onların postu və bütün infrastrukturu yox edilib. Düşmənə elə bir zərbə endirilib ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Onların ölənlərin və yaralananların sayını açıqlamaması, dezinformasiya ilə medianı məşğul etməsi, sərhədyanı kəndlərin boşaldılmağa başlanması bu ağır nəticənin əyani sübutlarıdır. Ona görə də əminliklə demək olar ki, son günlər ərzində baş vermiş hərbi toqquşma Azərbaycanın növbəti şanlı qələbəsidir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaradıb, xalqımızı coşdurub: “Hər kəs artıq bilir ki, iyul ayının 14-də respublikamızın əksəriyyət bölgələrində zəfər, birlik yürüşləri keçirildi və ən böyük yürüş-aksiya Bakıda baş tutdu. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Burada Orduya və Ali Baş Komandana dəstək məqsədilə şüarlar səsləndirildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Eyni zamanda, bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Hətta bir gün sonra Prezident İlham Əliyevin çağırışından sonra 10 minə qədər vətəndaş könüllü hərbi xidmət üçün müraciət etdi. Ancaq əfsuslar olsun ki, uğurlarımıza kölgə salmağa çalışan bəzi təxribatçı qruplar Milli Məclisə daxil olmaqla, orada dağıntı törətməklə həm qələbbəmizə, həm də ölkəmizin imicinə zərbə vurmağa hesablanmışdı. Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri təxribatçı qismində vətənpərvər vətəndaşlarımızıb gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Amma cəmiyyətimiz bir daha gördü ki, ən çətin anlarda belə “beşinci kolon” xəyanətindən qalmır. Bu səbəbdən də AXCP və Milli Şuranın təxribatçıları mütləq cəzalandırılmalıdır. Əgər onlar hərbi əməliyyatlar zamanı bu cür addımlar atırlarsa, təsəvvür edin ki, irimiqyaslı əməliyyatlar dövründə hansı xəyanətləri həyata keçirirlər? Ona görə də, bu cür xəyanətkarlara heç bir güzəşt olmamalıdır, onlar layiqli cəzalarını almalıdır”.