YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın “Daily Pardez” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Həyatını xalqına həsr etmiş dahi insan” adlı məqalə dərc olunmuşdur

Pakistanın urdu dilində çap edilən “Daily Pardez” qəzetində jurnalist Tazın Axtarın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında “Həyatını xalqına həsr etmiş dahi insan” adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir.

Qeyd olunur ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının xilaskarıdır. Heydər Əliyev dünyanın tanınmış siyasi xadimləri ilə bir sırada durur. Azərbaycanın dünyanın dinamik inkişaf edən ölkələri sırasına düşməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur.

T.Axtar Azərbaycanda uğurlu xarici siyasətin aparıldığını, ölkənin dünya birliyində layiqli yer tutduğunu qeyd edir. Bildirilir ki, Avropaya uğurla inteqrasiya edən Azərbaycan bir sıra mötəbər beynəlxalq təşkilatların üzvüdür.

Müəllif yazır ki, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmışdır. Hər il iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.

Məqalədə, həmçinin Ulu Öndərin Azərbaycanda apardığı iqtisadi islahatlardan, həyata keçirdiyi neft strategiyasından, xüsusilə “Əsrin müqaviləsi”ndən, həmçinin milli mənəvi dəyərlərin inkişafına ayırdığı diqqətdən bəhs edilir.

Oxucuların diqqətinə çatdırılır ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul edilmiş, Azərbaycan dili dövlət dili elan olunmuşdur.

Bildirilir ki, Pakistan ilə Azərbaycan arasında əlaqələrin əsası da Heydər Əliyev tərəfindən qoyulmuşdur və indi bu əlaqələr bütün istiqamətlərdə dinamik inkişaf edir. Müəllif Heydər Əliyevin 1996-cı ildə Pakistana səfərini, o vaxtkı Baş nazir Benazir Bhutto ilə görüşünü xatırladır, səfər zamanı imzalanmış bir sıra sazişlərin iki ölkə arasında hüquqi bazanın bünövrəsini qoyduğunu qeyd edir.
Məqalədə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da məlumat verilir.