YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: 2014-cü il Azərbaycanın mədəniyyət sahəsi üçün uğurlu oldu

«2014-cü il Azərbaycanın mədəniyyət sahəsi üçün uğurlu oldu». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada təbliği isti qamətində də mühüm işlər görülür.

«Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Bugünlərdə Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup mədəniyyət işçisinin təltif olunması buna sübutdur. Bütün bunlar bir daha Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir»- deyə, komitə sədri vurğulayıb.