YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işlərə başlamağa razılıq verib

Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarılsa, bütün məsələlər həll oluna bilər. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında amerkalı həmsədr Ceyms Uorlikin açıqladığı altı şərti şərh edərkən deyib. /Trend/

Nazir bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işlərə başlamağa razılığını verib.

E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində sülhməramlı qoşunlar həmin əraziyə yerləşdirilməlidir. Çünki münaqişə tərəfləri arasında inam yoxdur və məcburi köçkünlərin təhlükəsizliyi üçün sülhməramlılar yerləşdirilməlidir: "Siyasi baxımdan razılığa gəlsək, bu məsələni həll edə bilərik".