Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə, yenidən Baş nazir vəzifəsinə seçilməyi münasibətilə təbrik ünvanladı.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.