YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: Azərbaycanda elmi innovasiyalar tətbiq edilərsə, sənaye gəlirlərinin bir hissəsini bu sahədən əldə etmək olar

«“Elm haqqında” qanun layihəsi ilə istehsalat arasında nə dərəcədə vəhdət olduğu nəzərə alınmalıdır». Bu fikri  BDU-nun rektoru, millət vəkili  Abel Məhərrəmov Milli Məclisdə “Elm və Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

A.Məhərrəmov bildirib ki, bu qanunun belə məsələləri nə dərəcədə əhatə etməsi barədə düşünmək lazımdır. Onun sözlərinə görə, Azərbaycanda elmi innovasiyalar tətbiq edilərsə, sənaye gəlirlərinin bir hissəsini bu sahədən əldə etmək olar.

«Ümumilikdə, qanun layihəsi mükəmməl hazırlanıb. Amma müzakirələr əsasında sənədə müəyyən əlavələrin də edilməsi mümkündür. O cümlədən, qanun layihəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin öz əksini tapması çox vacib məqamdır»- deyə, A.Məhərrəmov vurğulayıb.