YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: «Elm haqqında» qanun həm elmi, həm də hüquqi baxımdan ağır tutumlu bir sənəddir

«“Elm haqqında” qanun Azərbaycan Respublikasında elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir. Eyni zamanda, qanun elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını özündə ehtiva edir». Bu fikirləri  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, qanun həmçinin ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir. Onun sözlərinə görə, «Elm haqqında» qanun həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir.

«Sənədin hazırlanıb ərsəyə gətirilməsi üçün qanun layihəsinin ictimai müzakirələrdən keçirilməsinə ehtiyac var. Ötən müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilatda müzakirələr aparılıb və onlar tərəfindən qanun layihəsinin təkmiləşdirlməsi ilə bağlı bir sıra təkliflər daxil olub. Hesab edirəm ki, müzakirələr “Elm haqqında” qanun layihəsinin təkminləşdirilməsinə və onun parlament müzakirələrinə çıxarılaraq qəbul olunmasına gətirib çıxaracaq»- deyə, komitə sədri vurğulayıb.