YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kiyevdə naməlum şəxs Ali Radanın deputatlarına qumbara atıb

Naməlum şəxs Kiyevin mərkəzində otelin yaxınlığında olan Ali Radanın deputatlarına qumbara atıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

"Cavan oğlan Ukrayna xalq deputatları tərəfə qumbara atıb. İndi ekspert-kriminalistlər qumbaranın növünü müəyyənləşdirirlər ", - məlumatda deyilir.

Hadisədən sonra cinayətkar daha bir qumbaranı onu təqib edən milis əməkdaşlarına atıb. Hüquq mühafizə orqanları əməkdaşlarının biri xəsarət alıb və xəstəxanaya yerləşdirilib.