YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Tibbi işçilərinin fədəkarlığı həm dövlət, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir

“Tibbi işçilərinin fədəkarlığı həm dövlət, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir”. Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

M.Məmmədli bildirib ki, pandemiya dövründə məhz bu sahənin adamları günlərlə, bəzən də aylarla evlərindən uzaq qaldılar. Məlum xəstəliklə mübarizə üçün həm özlərini, həm də ailə üzvlərini riskə ataraq bütün mümkün addımları atdılar.

Millət vəkilinin sözlərinə görə, virusla mübarizə zamanı xəstəliyə yoluxan tibb işçilərimiz də oldu. Fikrimcə, bu şəxslər bütün müsbət sözlərə, alqışa, maddi və mənəvi təşəkkürə  layiqdirlər.

“Eyni zamanda vurğulamaq istərdim ki, xalq olaraq onlara təşəkkürümüz qaydalara riayət etməyimiz olmalıdır. Mən həm deputat, həm də tibb işçisi olaraq bildirmək istərdim ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəmizə, onun bütün işçilərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Cənab Prezidentin çıxışında insan sağlamlığının Onun üçün öndə gəldiyini vurğulaması, həmçinin son müddətdə səhiyyə sisteminin və sənayesinin inkşaf etdirilməsi ilə bağlı atdığı addımlar bu sahənin ən ali instansiya tərəfindən yüksəkdə durduğunun göstəricisidir. Öz növbəmdə, 17 iyun Azərbaycanda Səhiyyə İşçiləri Günü münasibəti ilə bütün həmkarlarımı təbrik edir, onlara can sağlığı, dünyanı cənginə almış pandemiya dövründə möhkəm iradə, səbr arzulayıram”-deyə, M.Məmmədli vurğulayıb.