YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününün 27-ci ildönümünə həsr olunan videokonfrans keçirildi

YAP Laçın rayon təşkilatı, rayon təhsil şöbəsi və rayon gənlər idarəsi ilə birlikdə 15 İyun – Milli Qurtuluş Gününün 27-ci ildönümünə həsr olunan videokonfrans keçirildi.

 Konfransda İdarə Heyətinin üzvləri, həmçinin YAP Laçın rayon təşkilatının Gənclər Birliyinin üzvləri və könüllülər iştirak etdilər.
Konfransa sədrlik edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan xalqının taleyinin dəyişdiyi və müasir Azərbaycan dövləti üçün xilaskarlıq tarixi kimi qeyd olunan möhtəşəm gün “15 İyun – Milli Qurtuluş Günü” bayramı münasibətilə konfrans iştirakçılarını təbrik etdi, onlara cansağlığı, bütün fəaliyyət istiqamətlərində uğurlar və yeni-yeni müvəffəqiyyətlər arzuladı.
Konfransda YAP Laçın rayon təşkilatının fəaları, GənclərBirliyinin üzvləri “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin xilaskarı” mövzusunda çıxış etdilər.