YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan videokonfrans keçirildi

İyunun 12-də YAP Səbail rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününün 27-ci ildönümünə həsr olunan videokonfrans keçirildi. Konfransda İdarə Heyətinin üzvləri, həmçinin YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin üzvləri və könüllülər iştirak etdilər.

Konfransa sədrlik edən YAP Səbail rayon təşkilatının sədri, i.e.d., professor Şəmsəddin Hacıyev Azərbaycan xalqının taleyinin dəyişdiyi və müasir Azərbaycan dövləti üçün xilaskarlıq tarixi kimi qeyd olunan möhtəşəm gün “15 İyun – Milli Qurtuluş Günü” bayramı münasibətilə konfrans iştirakçılarını təbrik etdi, onlara cansağlığı, bütün fəaliyyət istiqamətlərində uğurlar və yeni-yeni müvəffəqiyyətlər arzuladı.

Konfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Dövlət İdarəçilik Akademiyasının dekanı prof. Elçin Əhmədov və YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin xilaskarı” mövzusunda çıxış etdilər.