YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Daily Times” qəzeti: “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir”

Pakistanın “Daily Times” qəzetində “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” sərlövhəli məqalə dərc olunub.
Qəzetin İslamabad bürosunun rəhbəri Dure Nəcəf Zaidinin müəllifi olduğu məqalədə bildirilir ki, müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhranla üzləşən Azərbaycanın parlaq gələcəyinə inananların sayı çox az idi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı dövlətidir. Müəllif vurğulayır ki, İlham Əliyevin 11 illik prezidentlik dövründə Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxil olub.
Dure Nəcəf Zaidi ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığını, atəşkəs sazişinin imzalanmasından sonra isə bütün qüvvələrini iqtisadiyyatın inkişafına cəmləşdirdiyini qeyd edib. Bildirilib ki, 1994-cü ildə Qərbin aparıcı neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarına dair aparılmış danışıqlar “Əsrin kontraktı”nın imzalanması ilə nəticələnib. Bu danışıqlarda İlham Əliyev aparıcı rol oynayıb.
Jurnalist Azərbaycanda enerji resurslarından əldə edilən gəlirlərin Dövlət Neft Fondunda cəmləşdirilərək qeyri-neft sektorunun inkişafı və sosial problemlərin həllinə yönəldildiyini və qısa bir müddətdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məqalədə Azərbaycanın regionda əsas sərmayəçi və donor ölkə olduğu da bildirilib.
Müəllif Prezident İlham Əliyevin ölkədə elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafına böyük önəm verdiyini qeyd edib, bir neçə il öncə irəli sürülmüş “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının artıq reallaşdığını, dövlət proqramı üzrə minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil aldığını vurğulayıb.
Yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, dinamik və ölkənin maraqlarına xidmət edən xarici siyasət yürütdüyü qeyd olunub. Həmçinin Azərbaycanın xarici siyasət uğurları, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən bəhs edilib.
Müəllif Prezident İlham Əliyevin Azərbaycan ilə Pakistan arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini də vurğulayıb.