YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Bələdiyyə seçkiləri yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilib

«Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Mən yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram». Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F.Heydərov bildirib ki, bələdiyyə seçkiləri yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilib. Onun sözlərinə görə, bunun üçün lazımi şərait yaradılmışdı.

«Mən bələdiyyə seçkilərininin gedişini müşahidə etmişəm. Bundan əvvəlki seçkilərdə də olduğu kimi, seçicilər məntəqələrə gələrək öz iradələrini azad şəkildə ifadə edib, istədikləri namizədə səs veriblər. Ümid edirəm ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçilən namizədlər onlara göstərilən etimada layiq olacaqlar»- deyə, F.Heydərov vurğulayıb.