YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini Əli Əhmədov bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransi keçirib. Konfransda Əli Əhmədov bildirib ki, YAP sayca dördüncü olan bələdiyyə seçkilərində uğurlu seşki kampaniyası həyata keçirib.

YAP Sədrinin müavini qeyd edib ki, 1607 bələdiyyədə  15 035  bələdiyyə yerinə  Yeni Azərbaycan Partiyasının 16 760  nəfər üzvünün namizədliyi qeydiyyatdan keçib. Onlardan  13404 nəfərin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb və namizədliyi qeydə alınıb.  3356  nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və qeydiyyatdan keçib.

Əli Əhmədov qeyd edib ki, YAP bələdiyyə seçkillərində uğurlu seçki kampaniyasını həyata keçirmək üçün geniş proqram əsasında fəaliyyət göstərib: «Partiya namizədlərin təşviqatı üçün fəal kampaniya həyata keçirib və bu prosesdə partiyamızın tanınmış insanları və yerli fəallar iştirak ediblər. Bütün bələdiyyələrdə seçicilərlə görüşlər keçirilib. Partiyamızın bu təşviqat kampaniyası namizədlərimizin uğur qazanması üçün ciddi əsaslar yaradır. Biz nə üçün bu seçkilərdən yüksək nəticələr gözləyirik? Əlbəttə ki, uğurların qazanılması üçün böyük resurslarımız var. İlk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin uğurları, ölkəmizdə baş verən müsbət dəyişikliklər bizim başlıca resursumuzdur. Prezident İlham Əliyevin siyasətinin çox böyük nəticələri xalqımız tərəfindən dəstəklənir. Çünki hazırki siyasət nəticəsində Azərbaycanın hərtərəfli inkişafına, modernləşməsinə, Bakı şəhəri ilə yanaşı bütün bölgələrimizin inkişafına səbəb olub. Biz seçkilərə gedərkən bu resurslara istinad edirik».

Əli Əhmədov bildirib ki, YAP-ın özünün ictimai dəstəyi bələdiyyə seçkilərində namizədlərimizin böyük uğur qazanmasına əsas verən amillərdən biridir. Hazırda partiya üzvlərinin 640 min nəfərdən çox olduğunu deyən Əli Əhmədovun fikrincə, bu çox ciddi ictimai dəstəkdir.

Seçkilərin nəticələrindən gözləntilərə gəlincə, YAP Sədrinin müavini hesab edir ki, bu dəfəki bələdiyyə seçkilərində YAP üzvlərinin uğuru daha yüksək olacaq.

«Biz ötən seçkilərdə olduğu kimi bu dəfə də qadınların və gənclərin namizədliyinə üstünlük verdik. Hesab edirəm ki, ötən illər ərzində qazanılmış nailiyyətlər bu seçkilərdə YAP üzvlərinin bələdiyyələrdə daha yüksək təmsilçilik əldə etməsi ilə nəticələnək»- deyə, Əli Əhmədov vurğulayıb.