YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Pandemiya şəraitində aparılan siyasət bir daha Azərbaycanın sosial dövlət olduğunu təsdiqləyir

“Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət nəticəsində əhalinin rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Pandemiya şəraitində də aparılan siyasət bir daha Azərbaycanın sosial dövlət olduğunu təsdiqləyir”. Bu fikirləri Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ötən illər ərzində vətəndaşların əməkhaqları və pensiyaları bir neçə dəfə artırılıb. Bu da əhalinin rifahına müsbət təsir edən amillərdən biridir. Onun sözlərinə görə, təkcə 2019-cu ildə iki dəfə icra olunan sosial paketlərlə əhalinin əməkhaqları və müavinətləri 2 dəfə, pensiyalar isə 70% artmaqla 4,2 milyon vətəndaşın sosial rifahını kifayət qədər yaxşılaşdırıb.

“Tətbiq olunmuş karantin rejimi nəticəsində fəaliyyətlərinə məhdudiyyət qoyulmuş sahələrdə çalışan, dövlət sektorunda 910 min, qeyri-neft sektorunda çalışan 710 min insanın əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət büdcəsindən ödənilir. Ödənişli ictimai iş yerlərin sayı 90 minə çatdırılır, işləməyən 600 min şəxsə isə 190 manat yardım verilir. Eyni zamanda 15 min ahıla sosial xidmətlər təşkil olunub. Bütövlükdə, 2,5 milyon nəfərin sosial vəziyyətinə dəstək üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrılıb. Koronovirusla mübarizəyə cəlb olunmuş tibb personalının əməkhaqları müddətli olaraq 3-5 dəfə artırılıb. Azərbaycan, xüsusilə pandemiya dövründə vətəndaşların qayğısına qalması və verilən dövlət dəstəyinin həcminə görə dünyada lider ölkələr sırasındadır”-deyə, komitə sədri vurğulayıb.