YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Bayramlı: İkinci dalğanın hansı istiqamətdə davam edəcəyi vətəndaşların sosial məsuliyyətindən asılıdır

Mayın 4-10 tarixində ölkədə həftələr üzrə koronavirusa ən yüksək yoluxma halı qeydə alınıb. Belə ki, həmin həftə 587 nəfər koronavirusa yoluxub. Bu həftənin əvvəlindən indiyədək isə 461 yoluxma faktı qeydə alınıb. Həftə hələ başa çatmadığından bu sayın daha çox ola biləcəyi ehtimalı var. Əvvəldən düşündüyümüz kimi ikinci dalğa yoluxma təhlükəsi özünü göstərir. İkinci dalğanın hansı istiqamətdə davam edəcəyi, epidemioloji vəziyyətin sabitləşəcəyi, göstəricilərin artıb azalması vətəndaşların sosial məsuliyyətindən asılıdır.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Hazırda yoluxanların sayında artım, sağalanların sayında isə ona nisbətən azalma tendensiyası müşahidə edilir. Mayın 4-dən 10-na kimi 209 nəfər sağalıb, 7 nəfər vəfat edib. Bu həftənin beş günü ərzində isə 236 nəfər sağalıb və 4 nəfər dünyasını dəyişib. Bu onu deməyə əsas verir ki, qətiyyən rahatlaşmamalı və arxayınlaşmamalıyıq", - deyə R.Bayramlı qeyd edib.