YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Bayramlı: Azərbaycanda koronavirusa yoluxanların 76.6 faizində simptomlar nisbətən yüngül müşahidə olunub

Bu gün ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6072 test aparılıb. Ümumilikdə isə, 220 min 363 test icra olunub. Aktiv xəstə sayı 1058-ə bərabərdir. Xəstələrdən 35 nəfəri renaminasiyadadır ki, onlardan 12 nəfəri süni tənəffüs aparatına qoşulub.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, indiyədək ölkəmizdə 2980 nəfər virusa yoluxub ki, onların da 76.6 faizində simptomlar nisbətən yüngül müşahidə olunub. 23-24 faiz hallarda müxtəlif simptomlar daha ciddi qeydə alınıb. Bu halların 7.1 faizinin vəziyyəti kafi qiymətləndirilib. 11-12 faiz xəstələrin vəziyyəti orta-ağır, 4-5 faiz xəstələrin vəziyyəti isə ağır kimi qiymətləndirilib. Müalicə alan xəstələrdə ən çox rast gəlinən yanaşı xəstəliklərə II tip şəkərli diabet, arterial hipertoniya, ürəyin işemik xəstəliyi, xroniki böyrək çatışmazlığı və ağciyərin xroniki obstruktiv xəstəlikləri aiddir. Ümumilikdə xəstələrin 1.6 faizinin süni tənəffüs cihazına ehtiyacı yaranıb.