YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Türkiyə arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair saziş təsdiq olunub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.