YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Ulu Öndər Heydər Əliyev həyatını xalqına həsr edən dahi şəxsiyyətdir (VİDEO)

“Müstəqil və müasir Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyev öz dövlətini və xalqını zamanın ən çətin sınaqlarından sağ salamat çıxararaq, ölkənin milli dəyərələrinin qorunub saxlanılmasına, ictimai – siyasi, iqtisadi və mədəni- mənəvi tərəqqisinə nail olub.

Bu fikirləri “Yeni Tv”-yə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Ümummili Lider Heydər Əliyev həm Sovet dövründə, həm də, müstəqillik illərində millətinin və dövlətinin inkşafı naminə həyatını bütünlüklə xalqına həsr edən dahi şəxsiyyət olub: “Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillər üçün əvəzsiz nümunədir. Müstəqil Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biri də, ölkəmizdə elmin və təhsilin böyük sürətlə inkişaf etməsidir. Heydər Əliyev fəaliyyətini bütün istiqamətlərində hər zaman elmin ən yeni nailiyyətlərindən faydalanırdı. O xalqın, cəmiyyətin inkişafını elmdə, təhsildə görürdü. Çünki güclü təhsil sistemi dövlətin və millətin müasir tələbata, qabacıl təcrübəyə uyğun inkişafının təmin olunması deməkdir”.