YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Cəmiyyətdəki birlik, verilən qərarlar və vətəndaş məsuliyyəti pandemiyaya qarşı əsas silahımızdır (VİDEO)

“Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronovirus pademiyasından ciddi zərər çəkib və bir sıra məhdudiyyətlərlə üz – üzə qalıb. Təbii ki, müxtəlif ölkələrdə vəziyyət müxtəlif cür təzahür edir. Hər zaman olduğu kimi, ölkə başçısı İlham Əliyev tərəfindən qabaqlaycı, sistemli addımların zamanında həyata keçirilməsi Azərbaycan dövlətinin bu bəladan ən az zərərlə çıxmasını təmin edir”.

Bu fikirləri “Yeni Tv” nin efirində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova deyib.

B. Murdova qeyd edib ki, koronovirus pandemiyasına qarşı mübarizədə həyata keçirilən müvafiq tədbirlər ilk növbədə vətəndaşların sağlamığının qorunmasına və sosial rifahının təmin olunmasına hesablanıb.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda pandemiyaya qarşı fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək proqramlarının həyata keçirilməsi bir çox ölkələr üçün nümunəyə çevrilib.