YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKSOY-a üzv ölkələrin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin beşinci iclasının iştirakçıları dekabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül qoyublar.
Bakının bolşevik-daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət edilib, önünə gül qoyulub.