YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lebedev: MDB ölkələri mürəkkəb iqtisadi vəziyyətdən çıxış yollarını birlikdə axtaracaqlar

MDB ölkələri regionda mürəkkəb iqtisadi vəziyyətdən çıxış yollarını birlikdə axtaracaqlar. Bu fikri jurnalistlərə müsahibəsində MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev səsləndirib.
Onun sözlərinə görə, Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının qərarı ilə 2008-ci ildə daimi əsasda maliyyə nazirlərinin müşavirəsi təsis edilib. Onun işinə Birliyin iştirakçısı olan ölkələrin milli banklarının rəhbərləri cəlb olunub. 2014-cü il istisna olmaqla, belə müşavirələr müntəzəm keçirilib. Sergey Lebedev deyib: “Hökumət Başçıları Şurasının bu yaxınlarda Aşqabadda keçirilən iclasında MDB ölkələrində iqtisadiyyata və maliyyə işlərinə cavabdeh olan idarə rəhbərlərinin təxirəsalınmaz məsləhətləşmələrinin keçirilməsi haqqında təklif irəli sürülüb. Bu müşavirəni mümkün qədər tez keçirmək təklif olunub”.
Dekabrın 12-də Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində iqtisadiyyat nazirlərinin və maliyyə məsələlərinə cavab verən digər şəxslərin görüşü olub. S.Lebedev deyib: “Yetərincə maraq doğuran fikir mübadiləsi aparılıb və MDB ölkələrinin nümayəndələrini cəlb etməklə işçi qrupu yaratmaq qərara alınıb. MDB İcraiyyə Komitəsinə bu qrupun iclasını təşkil etmək və iqtisadiyyatda mənfi nəticələri minimuma endirmək üçün Birlik ölkələrinin fəaliyyətinə dair birgə plan işləyib hazırlamaq tapşırılıb”.