YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: İqtisadiyyata dəstək paketləri davamlı olacaq (VİDEO)

"Azərbaycan koronavirus pandemiyasının iqtisadiyyata, vətəndaşlarımızın sağlamlığına təsirlərini minumumlaşdırmağa çalışan və buna çevik reaksiya verən ölkələrdən biridir". Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzvü Vüqar Bayramov Yeni TV-nin efirində səsləndirib. O bildirib ki, Azərbaycanda pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərib: "Onlardan 11-də fəaliyyətin dayanması müşahidə olunub. Digər 9-da isə fəaliyyətlərin təxminən 70 faiz azalıb. Bu səbəbdən dövlət xərcləri qarşılayaraq, həmin fəaliyyət sahələrinə dəstək göstərir. Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə ayrılan vəsaitin ümum daxili məhsuladakı payına görə MDB-də birincidir. Bundan xəbər verir ki, pandemiyaya qarşı mübarizə Azərbaycan üçün prioritetdir". V.Bayramov verilişdə sahibkarların dövlətdən dəstək alma mexanizləri, kreditlərlə bağlı vətəndaşları maraqlandıran məsələlərə, həmçinin digər vacib məqamlara aydınlıq gətirib.