YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır

“Koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır. Hazırda virusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, izolyasiya tədbirlərinin həyata keçirilməsi də məhz bu məqsədə xidmət edir. Onun sözlərinə görə, virisun yayılmasını önləmək üçün hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət düşür.

 “Hər birimiz verilən qərarlara hörmətlə yanaşmalı, tam riayət etməli, təmkinli olmalı, məsələlərə soyuqqanlı yanaşmağı bacarmalı, insanları təşvişə salacaq dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməliyik. Dövlətimiz üzərinə düşəni edir və edəcəkdir”-deyə, deputat vurğulayıb.